AZ

Zeyd Ələsgərov: "İnanıram ki, EYOF-da uğurlu çıxışımı davam etdirəcəm"

"Bu mənim beynəlxalq yarışlarda beşinci sınağım olacaq. Buna qədər Samorində və Qubada keçirilən Avropa kuboklarında qızıl, Tbilisidə bürünc medal qazanmışam".

Apasport.az xəbər verir ki, bunu Şimali Makedoniya və Xorvatiyada keçiriləcək XVIII Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək Azərbaycan cüdoçusu Zeyd Ələsgərov (60 kq) deyib.

O, iki həftə öncə qazandığı Avropa çempionatındakı uğurunu Avropa Gənclər Yay Olimpiya Festivalında da təkrarlamağı hədəfləyir: “Avropa çempionatının ab-havasını hiss etdim. Düşünürəm ki, bir ay sonra yenidən həmin məkanda - eyni mühitdə ikinci dəfə tatami üzərinə çıxmaq mənim üçün daha rahat olacaq. Bu amil çıxışıma müsbət təsir göstərə bilər. Hazırlıqlarımız yüksək səviyyədə davam edir. İnanıram ki, EYOF-da da çıxışım uğurlu alınacaq”.

Qeyd edək ki, festivalın cüdo yarışları Şimali Makedoniyanın Skopye şəhərində yerləşən Yan Sandanski İdman Mərkəzinin qapalı zalında təşkil olunacaq. Azərbaycan komandası yarışda 10 idman növündə 52 idmançı (28 oğlan, 24 qız) ilə mübarizə aparacaq.

Cüdoçumuz Avropa Kubokunda gümüş medal qazanıb

Kəmər dərəcələri üzrə imtahan keçirilib

Cüdo üzrə kişilər arasında Liqa yarışının II turu keçirilib

Bakıda Dan dərəcələri üzrə seminar və imtahan keçiriləcək

Cüdoçularımız Avropa Kubokunda iştirak edəcəklər

Seçilən
9
2
apasport.az

3Mənbələr