AZ

ABŞ və İran arasında danışıqlar gələn həftə keçirilə bilər

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ABŞ və İran arasında mümkün danışıqların çox yaxın vaxtda, bəlkə də gələn həftə baş tuta biləcəyini bildirib.

Milli.Az xəbər verir ki, bu açıqlama Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı verib.

Uitkoff qeyd edib ki, danışıqların dəqiq vaxtı hələ müəyyənləşməsə də, tərəflər arasında dialoqun bərpası istiqamətində ciddi addımlar atılır. Bu görüş nüvə proqramı ilə bağlı gərginliyi azaltmaq və regionda sabitliyi təmin etmək üçün vacib hesab olunur.

Qeyd edək ki, ABŞ və İran arasında münasibətlər uzun müddətdir gərgindir və danışıqların nəticəsi iki ölkə üçün mühüm əhəmiyyət kəsb edir.

Asya
Milli.Az

Seçilən
4
1
milli.az

2Mənbələr