AZ

Sülh müqaviləsinə gedən yol yaxınlaşır



"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinə gedən yol tədricən yaxınlaşır. Artıq regional şərait, eyni zamanda Ermənistan hakimiyyətinin mövcud reallıqları qəbul etməsi belə bir əminlık yaradır. Sabah Birləşmiş Ərəb Əmirliklərində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilməsi gözlənilən görüş də tərəflər arasında sülh müqaviləsinin imzalanması istiqamətində mühüm addım ola bilər".

Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. İctimai bilrik sədrinin sözlərinə görə, Paşinyan hakimiyyətinin Ermənistandakı revanşistlərə qarşı sərgilədiyi mövqe, kilsənin ictimai-siyasi proseslərə təsirinin azaldılması, həmçinin bu ölkədə yeni konstitusiya layihəsi üzərində işin sürətləndirilməsi onu deməyə əsas verir ki, İrəvan da artıq sülh müqaviləsinin imzalanmasından yanadır:

"Çünki həm üçtərəfli bəyanatın şərtləri bunu diqtə edir, həm də Azərbaycanın regionda yaratmış olduğu yeni reallıq artıq dünya tərəfindən birmənalı olaraq qəbul edilir. Belə bir vəziyyətdə Ermənistan hakimiyyəti, ümumiyyətlə bu ölkə üçün yeganə çıxış yolu Azərbaycanla sülh müqaviləsi imzalayıb münasibətləri normallaşdırmaq, onun gələcəyini xilas edəcək regional layihələrə qoşulmaqdır. Ona görə də hesab edirəm ki, bu gün sülh müqaviləsi Azərbaycandan daha çox Ermənistana lazımdır".

Arzuman Muradlı əmin olduğunu bildirib ki, İlham Əliyev və Nikol Paşinyanın Birləşmiş Ərəb Əmirliklərində baş tutan görüşündən sonra bu istiqamətdə proseslər bir qədər də intensivləşə və çox qısa zamanda Azərbaycanla Ermənistan arasında ən azı sülh müqaviləsinə dair ilkin razılaşma əldə edilə bilər.

Süleyman
Seçilən
21
1
newscenter.az

2Mənbələr