AZ

Məhəmməd xəstəlikdən vəfat etdi Atası ona dərman almağa gedərkən ölmüşdü

Unikal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Naxçıvanın Şərur rayonu Mahmudkənd kəndinin gənc sakini xəstəlikdən dünyasını dəyişib.

"Unikal"ın məlumatına görə, 2008-ci il təvəllüdlü Nəsirov Məhəmməd Ramil oğlu uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib. 

Mərhum Mahmudkənd qəbiristanlığında atasının məzarı yanında dəfn edilib.

M.Nəsirovun atası, 48 yaşlı Ramil Nəsirov isə bu ilin may ayının 27-də Türkiyədə qəzada ölüb.

Belə ki, övladına dərman almaq üçün gedən ata İğdır vilayətində baş verən avtoqəza nəticəsində həyatını itirib.

Anar Kəlbiyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
9
unikal.az

10Mənbələr