AZ

Yanvar-may aylarında 32,3 milyon dollarlıq alma ixrac edilib

Bu ilin yanvar-may aylarında ölkədən 32,3 milyon ABŞ dolları dəyərində 46,5 min tondan çox alma ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu, 2024-cü ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 45,3 faiz və ya 10 milyon dollar, həcm baxımından isə 39,6 faiz və ya 13,2 min ton çoxdur.

Cari ilin ilk beş ayında almanın ümumi ixracda xüsusi çəkisi 0,29 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 2,3 faizə bərabər olub.

Seçilən
37
vergiler.az

1Mənbələr