AZ

Kredit borclarında böhran: 1 milyondan çox şəxs qanunən izlənməyə alınıb

ain.az, News24 portalına istinadən məlumat verir.

Türkiyədə kredit və kredit kartı faizlərinin sürətlə artması borc ödənişlərini çətinləşdirib. Aylıq istehlak krediti faizləri 4 faizi, kredit kartı gecikmə faizləri isə 5 faizi keçib. Bu vəziyyət vətəndaşların maliyyə yükünü artıraraq qanunən izlənməyə düşənlərin sayını kəskin şəkildə artırıb.

News24.az xəbər verir ki, Türkiyə Banklar Birliyinin məlumatına görə, təkcə may ayında 300 mindən çox şəxs qanunən  izlənməyə verilib. Onlardan 162 min 617-si kredit kartı, 171 min 123 nəfəri isə kredit borcuna görə izlənməyə düşüb. 2025-ci ilin ilk 5 ayında qanunən izlənməyə düşənlərin ümumi sayı 1 milyon 39 min nəfərə çatıb ki, bu da ötən illə müqayisədə 39 faiz artım deməkdir.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, yüksək faizlər səbəbindən borcların ödənməsi daha da çətinləşir və borc yükü artır. Onlar vətəndaşlara maliyyə planlarını diqqətlə gözdən keçirməyi və faizlər düşmədən əvvəl ödəniş strategiyalarını yenidən nəzərdən keçirməyi tövsiyə edirlər.

Xeyrənsə Piriyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
1
news24.az

2Mənbələr