AZ

Ərdoğan: “Gözlənilən tarixi müjdəni verəcəyik”

Prezident Rəcəb Tayyib Ərdoğan, TBMM-də partiyasının qrup toplantısında gündəmlə bağlı açıqlamalar verib.

Sherg.az xəbər verir ki, Ərdoğan çıxışında bildirib:

“Qrup toplantımızı 12 qəhrəman əsgərimizin şəhid olması ilə bağlı dərin hüzn içində keçiririk. Şəhid olan Mehmetçiklərimizi rəhmətlə və minnətlə yad edirəm. Şəhidlərimizin yaxınlarına və əziz millətimizə səbir və başsağlığı arzulayıram.”

Ərdoğan, “DEM Partiyası ilə konstruktiv və səmimi bir görüş keçirdik,” deyə bildirib və əlavə edib:

“Terror divarı yıxılacaq, acıların qarşısı alınacaq. Terrorun qanlı zəncirlərini tamamilə qıracağıq. Qazanan bütün Türkiyə olacaq. Qarşıdakı günlərdə müsbət xəbərlər alınacaq bir mərhələyə keçirik. Cumhur İttifaqı olaraq xalqımızın illərdir gözlədiyi tarixi müjdəni birlikdə verəcəyik.”


Seçilən
34
1
sherg.az

2Mənbələr