AZ

Avtomobil istehsalçısı: sürücülər bu 3 avadanlıqdan imtina edirlər

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Artıq mühərrikin iş rejimini özü seçmək istəyən sürücülərin sayı azalır.  Eyni zamanda, müasir sürəttənzimləmə sistemlərinin hamısı avtomat ötürmə üçün nəzərdə tutulub. Eyni modeli həm mexaniki, həm də avtomat transmissiya ilə konveyerdə saxlamaq isə məhsulun maya dəyərini artırır. Bu da istehsalçıya sərf etmir.

Avtosfer.az xəbər verir ki, böyük şirkətlər əksər modellərinində mexaniki transmissiya tərtib etmir. “Hyundai”ın Avropa üzrə texniki direktoru Almaniya mediasına bildirib ki, artıq heç kimi mexaniki ötürməli avtomobillə maraqlanmır. Hətta bu belə transmissiyalı avtomobilləırin sevildiyi ABŞ-da 2024-cü ildə satılmış “Elantra” modellərinin cəmi 30 faizi mexaniki ötürməli olub.

Direktor sürücülərin xoşlamadığı digər avadanlıqlardan da danışıb. Onun fikrincə, indi mexaniki dayanacaq tormozunu (danışıqda - ruçnoy) yalnız yaşı 40-ı ötmüş sürücülər xoşlayırlar. Gənclər elektronik tormoza üstünlük verirlər. 

Müasir sürücülər siferblatlı cihazlar lövhəsini də bəyənmirlər. Onların marağında olan rəqəmli indikatorlardır.

Vüqar

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
avtosfer.az

2Mənbələr