AZ

Firdovsiyyə Əhmədova: Araşdırmalar Mərkəzi Qərbi azərbaycanlıların öz yurdlarına qayıtması üçün elmi informasiya dəstəyi verəcək

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 9 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Qərbi Azərbaycan Araşdırmaları Mərkəzi yaradılıb. Mərkəzin əsas məqsədi odur ki, bu gün Ermənistan Respublikası adlanan, amma tarixən Azərbaycanın əzəli torpaqları olan yurdumuza Qərbi azərbaycanlıların, yəni əzəli torpaqların sakinlərinin qayıtması, onların beynəlxalq siyasi tarixi kontekstdə əsaslandırılmış hüquqlarının həyata keçirilməsi üçün elmi informasiya dəstəyi verməkdir.

Bunu AZƏRTAC -a müsahibəsində DİA Qərbi Azərbaycan Araşdırmaları Mərkəzinin rəhbəri Firdovsiyyə Əhmədova deyib. O qeyd edib ki, bu gün keçirilən dəyirmi masada Qərbi Azərbaycana qayıdışın tarixi, hüquqi, siyasi kontekstdə məsələləri ətrafında çıxışlar dinləniləcək. Bu məruzələr tarixi faktlara əsaslanmış məsələlər ətrafında olacaq. Bu gün Qərbi Azərbaycan dedikdə tarixən Azərbaycan dövlətlərinin tərkibində olmuş ərazidən və zaman-zaman mərkəzi İrəvan şəhəri olmaqla xüsusi inzibati, siyasi statusa sahib olmuş bir ərazidən söhbət gedir. Bu məsələlərin həllini tapmaq üçün elmi tədqiqatlarımızla, maarifçilik xəttimizlə dəstək verməliyik.

Qərbi Azərbaycan Araşdırmaları Mərkəzinin fəaliyyəti də məhz bu yöndə Azərbaycan dövlətinin strateji prioritet təşkil edən siyasətinə öz töhfəsini verəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
1
azertag.az

2Mənbələr