AZ

“Qalatasaray” “Napoli”nin tələbi ilə razılaşdı: Fantastik məbləğ ödəniləcək

“Qalatasaray” “Napoli”nin hücumçusu Viktor Osimhenin transfer hüquqlarını tam şəkildə almağa hazırdır.

Ulusal.az xəbər verir ki, bu barədə “Sky in Italy” məlumat yayıb.

Türkiyə təmsilçisi italiyalıların tələbini qarşılamağa və futbolçu üçün 75 milyon avro ödəməyə razıdır. Hazırda tərəflər transferin detalları üzərində danışıqlar aparır.

Daha əvvəl “Napoli” “Qalatasaray”ın 50 milyon avroluq təklifini rədd etmişdi.

Qeyd edək ki, ötən mövsüm Osimhen icarə əsasında “Qalatasaray”da çıxış edib və 41 oyunda 37 qol vurub.

Seçilən
23
1
moderator.az

2Mənbələr