AZ

Bu ilin I yarısında KOB evlərində sahibkarlara 260 minə yaxın xidmət göstərilib

Bakı. Trend:

2025-ci il ilin yanvar-iyun aylarında KOB evlərində sahibkarlara260 minə yaxın xidmət göstərilib. Bu xidmətlərin 170 minə yaxını“Bakı KOB evi”nin, 54 minə yaxını “Yevlax KOB evi”nin, 34 minəyaxını isə “Xaçmaz KOB evi” və onun Xudat şəhərindəki xidmətmərkəzinin payına düşür.

Göstərilən xidmətlərin 232 mindən çoxu dövlət qurumları (“G2B”),24 mindən çoxu isə biznes qurumları (“B2B”) tərəfindəngöstərilib.

Sahibkarlar KOB evlərinə daha çox yükdaşımaları həyata keçirməküçün icazə blankı, fərqlənmə nişanı, mənşə sertifikatı, fizikişəxsin vergi uçotuna alınması, vergi, gömrük, kommunal xidmətlər vəs. üçün müraciət ediblər.

Cari ilin I yarısında KOB evlərində yeni xidmətlər dəsahibkarların istifadəsinə verilib.

Sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluqsəviyyəsi 98% təşkil edir.

Qeyd edək ki, KOB evləri sahibkarlara operativlik, şəffaflıq vəvətəndaş məmnunluğu prinsipləri əsasında biznes xidmətləriningöstərildiyi vahid məkandır. Hazırda KOB evlərində biznesinqeydiyyatından başlayraq, inkişaf etdirilməsinə qədər olan bütünzəruri xidmətlər, o cümlədən biznesin qeydiyyatı, lisenziya, icazəvə digər sənədlərin alınması, vergi və gömrük məsələləri, güzəştlimaliyyə vəsaitlərinə çıxış, kommunal xidmətlərə qoşulma, bank,sığorta, notariat və digər xidmətlər göstərilir. Ümumilikdə Bakı,Xaçmaz və Yevlax KOB evlərində sahibkarlara 50-yə yaxın dövlət vəözəl qurum tərəfindən sahibkarlıq fəaliyyəti üçün zəruri olan400-dən çox “G2B” və “B2B” xidmətlər göstərilir. KOB evləri Kiçikvə Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturunadaxildir.

Seçilən
18
10
az.trend.az

10Mənbələr