AZ

İngilis dili, alman dili, riyaziyyat və kimya fənləri üzrə apellyasiya müraciətlərinə start verildi

Bakı. Trend:

İngilis dili, alman dili, riyaziyyat və kimya fənləri üzrəapellyasiya müraciətlərinə start verilib.

Trendxəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumatyayıb.

Bildirilib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin ingilisdili, alman dili, riyaziyyat və kimya fənləri üzrə testimtahanlarının apellyasiya müraciətlərinə qəbul başladı. Bumərhələdə imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrindəaktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzindəapellyasiya müraciəti edə bilərlər.

Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflışəkildə qeyd etməlidirlər.

Apellyasiya müraciətləri komissiya tərəfindən araşdırıldıqdansonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinəgöndəriləcək.

Seçilən
29
1
az.trend.az

6Mənbələr