AZ

Dayısını bıçaqlayaraq öldürən qıza 14 il həbs cəzası

Azpost portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Türkiyənin Ərzurum şəhərində ötən il dayısını bıçaqlayaraq qətlə yetirən 17 yaşlı İlayda A.-ya məhkəmə hökm oxuyub. AzPost xəbər verir ki, cinayətə görə əvvəlcə ömürlük həbs cəzası istənilən İlayda A.-nın yaşının azlığı nəzərə alınaraq cəza 14 ilə endirilib.

Hadisə 2024-cü ilin may ayında Ərzurumun Yakutiye rayonunda baş verib. Məlumata görə, bir həftə əvvəl anası ilə yaşadığı Erzincandan nənəsinin yanına gələn İlayda A. axşam saatlarında dostları ilə görüşmək üçün çölə çıxıb. Gecə saat 02:00 radələrində isə evə sərxoş vəziyyətdə qayıdan dayısı Murat T. ilə aralarında mübahisə yaranıb.

İlayda A. ifadəsində bildirib ki, dayısı onu küçəyə çıxmasına görə danlayıb, nalayiq ifadələr işlədib və döyüb. Bu zaman gənc qız dayısını bıçaqlayıb. Murat T. aldığı ağır bıçaq xəsarətləri ilə yerə yıxılıb. Hadisə yerinə çağırılan təcili yardım onun həyatını xilas edə bilməyib.

Hadisənin diqqətçəkən məqamı isə təhlükəsizlik kameralarında əks olunub. Kadrlarda İlayda A.-nın digər dayısı ilə birlikdə yaralı Murat T.-ni asansöre qədər daşıdığı görüntülər də ortaya çıxıb.

Araşdırma zamanı İlayda A.-nın əvvəllər də müxtəlif cinayətlərə görə 20 fərqli hüquq pozuntusu ilə bağlı polis qeydiyyatında olduğu məlum olub.

Məhkəmə prosesində İlayda A.-nın əməlinə görə əvvəlcə ömürlük həbs cəzası verilməsi tələb edilib. Lakin Ərzurum 4-cü Ağır Cinayət Məhkəməsi yaşının azlığını və bəzi halları nəzərə alaraq cəzanı 14 ilə endirib. Qızın vəkili qərarı apellyasiyaya göndərəcəklərini açıqlayıb.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
1
azpost.info

2Mənbələr