AZ

Sabah hava NECƏ OLACAQ?

İyulun 10-da gözlənilən hava şəraiti açıqlanıb.

“İki sahil” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə +20 dərəcədən +24 dərəcəyədək, gündüz +30 dərəcədən +35 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz. Lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə +20 dərəcədən +25 dərəcəyədək, gündüz +33 dərəcədən +38 dərəcəyədək, dağlarda gecə +11 dərəcədən +16 dərəcəyədək, gündüz +20 dərəcədən +25 dərəcəyədək olacaq.

Seçilən
19
4
ikisahil.az

10Mənbələr