"Real Madrid"in futbolçularını daşıyan təyyarənin Nyu-York üzərində dövrə vurmalı olub.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, hava limanına enişi iki saat gecikən komandanın hava gəmisi fırtına səbəbindən yerə enə bilməyib.
Qeyd edək ki, iyulun 9-da "Real Madrid" "Midoulends" stadionunda PSJ ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Milli.Az