AZ

Fond: 2009-cu ildən 982,6 milyon manatdan çox istiqraz üzrə öhdəliklər yerinə yetirilib  

İpoteka və Kredit Zəmanət Fondunun aktivləri 4,2 milyard manat, məcmu kapitalı 1,28 milyard manat təşkil edir.

AZƏRTAC xəbər verir ki, bu barədə fondun baş meneceri Rasim Abdullayev İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyət istiqamətləri üzrə tətbiq edilən mexanizmlərə dair keçirilən təlimdə deyib.

O bildirib ki, 2005-ci ildən fond bütün illəri mənfəətlə başa vurub və bu günə cəmi mənfəəti (kapital ehtiyatları) 172,1 milyon manat təşkil edib.

“Dövriyyəyə olan istiqrazların həcmi 2 milyard 382 milyon manatdır. 2009-cu ildən bu günədək 982,6 milyon manatdan çox istiqraz üzrə öhdəliklər yerinə yetirilib, fond tərəfindən istiqraz sahiblərinə 312,8 milyon manat məbləğində faiz ödənişləri həyata keçirilib”, - deyə fondun baş meneceri vurğulayıb.

Seçilən
37
2
azerbaijan-news.az

3Mənbələr