AZ

26 mindən çox şəxsə əlillik təyin olunub

I yarımilin sosial göstəriciləri

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin birinci yarımilində 26,6 min şəxsə əlillik təyin edilib.

Nazirlikdən Qaziler.az-a bildirilib ki, onlardan 11,4 min şəxsə ilkin, 15,2 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb.

Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

Seçilən
11
13
qaziler.az

10Mənbələr