AZ

“Galatasaray” rekord transferə çox yaxındır Nigeriyalı üçün 75 milyon avro ödəyəcək

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Türkiyənin "Galatasaray" klubu nigeriyalı hücumçu Viktor Osimhen ilə razılığa gəlib. 

"AzPolitika" xarici KİV-lərə istinadla xəbər verir ki, "sarı-qırmızılılar" 26 yaşlı forvardla 4 illik müqavilə təklif edib və futbolçunun müqaviləsindəki 75 milyon avroluq sərbəstqalma şərtini qəbul edib.

Tanınmış idman jurnalistləri Fabrizio Romano və Yağız Sabuncuoğlunun məlumatına görə, Galatasaray rəhbərliyi transferi tamamlamaq üçün "Napoli" klubunun tələb etdiyi 75 milyon avronu ödəməyi qəbul etsə də, bu məbləğin 4 və ya 5 ilə bölünərək ödənməsi üçün danışıqlar aparılır. İki klub arasında əsas müzakirə məhz bu ödəniş planı üzərində cəmlənib.

İtaliyanın “La Gazzetta dello Sport” qəzetinin məlumatına görə, "Galatasaray" Osimhen ilə illik 16 milyon avro dəyərində müqavilə imzalamaqla bağlı razılıq əldə edib. Həmçinin, futbolçunun maaşına dəstək məqsədilə əlavə sponsorluq razılaşmaları da gündəmdədir.

Əgər transfer rəsmiləşərsə, Viktor Osimhen həm Türkiyə Super Liqasının tarixində ən bahalı transfer olacaq, həm də "Napoli" klubunun tarixində ikinci ən yüksək transfer gəlirini təmin edən oyunçu kimi tarixə düşəcək.

Qeyd edək ki, Osimhen futbol karyerasına Nigeriyanın "Ultimate Strikers" klubunda başlayıb. 2017-ci ildə 3.5 milyon avroya Almaniyanın "Wolfsburg" klubuna transfer olan hücumçu, 2018-də Belçikanın "Charleroi" klubuna icarəyə verilib. Orada uğurlu çıxışından sonra 2019-da 3.5 milyon avroya bu kluba tam transfer olunub. Daha sonra 2019-2020 mövsümündə 22.4 milyon avroya "Lill" klubuna keçib və performansı ilə seçilib. Nəhayət, 2020-ci ildə "Napoli" onu 78.9 milyon avroya transfer edib.

Osimhenin karyerasında ən yüksək bazar dəyəri 120 milyon avro olub. Hal-hazırda isə oyunçunun dəyəri 70 milyon avro civarındadır.

Forvard ötən mövsum çıxış etdiyi "Galatasaray"-da 41 oyuna çıxıb və 37 qol vurub.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
azpolitika.info

1Mənbələr