AZ

Dövlət Komitəsi Laçın şəhəri ilə bağlı videoçarx hazırlayıb VİDEO

ain.az, Apa.az portalına istinadən məlumat verir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində hazırlanan Laçın şəhərinin görüntüləri ilə bağlı "Bir ömrün qayıdışı" adlı videoçarx yayımlayıb.

Bu barədə APA-ya Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.

"Misilsiz zəfər nəticəsində işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın genişmiqyaslı şəkildə aparıldığı rayonlardan biri məhz Laçındır. 44 günlük Vətən müharibəsində əldə edilən tarixi qələbədən sonra sürətli şəkildə aparılan bərpa quruculuq işləri Laçının gözəlliyinə gözəllik qatıb. Azad Laçın, doğma sakinləri ilə birlikdə xoş günlərini yaşayır. Laçında yaradılan yeni iş imkanları – kənd təsərrüfatı, xidmət sahələri, turizm və tikinti sektoru əhalinin sosial rifahını gücləndirir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində hazırlanan Laçın şəhərinin görüntülərini şərhsiz təqdim edirik", - məlumatda qeyd olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
19
apa.az

10Mənbələr