AZ

Naxçıvanda vergi daxilolmaları 19 %-dən çox artıb

Bu ilin I yarısında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 115,8milyon manat vergi daxil olub.

"Report"un yerli bürosu bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 19,2 % çoxdur.

Hesabat dövründə ödənilən vergilərin 67,3 %-i qeyri-dövlət sektorunun, 32,7 %-i isə dövlət sektorunun payına düşüb.

Qeyri-dövlət sektorundan daxilolmalar 77,9 milyon manat təşkil edib. 2024-cü ilin 6 ayına nisbətən bu sektordan vergi daxilolmaları 17,6 milyon manat və yaxud 29,2 % çox olub.

Seçilən
8
8
report.az

10Mənbələr