AZ

Azərbaycanda su kəmərlərinin 2 min kilometrə yaxın hissəsinin dəyişdirilməyə ehtiyacı var

Bakı. Trend:

Ötən ilin sonuna olan məlumata görə, Azərbaycanda istismarolunan su kəmərlərinin uzunluğu 24,215 min kilometr olub.

Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu su kəmərlərinin 1,747 min kilometr hissəsidəyişdirilməyə ehtiyacı olan su kəmərlərinin payına düşür.

Həmçinin, su kəmərlərinin sutka ərzində müəyyən edilmiş istehsalgücü 2,304 milyon kubmetr olub.

Azərbaycanda istismar olunan su kəmərlərinin böyük hissəsi(7,458 min kilometr) Bakı şəhərinin payına düşür. Bakıdakı sukəmərlərinin isə 714,3 kilometr hissəsinin dəyişdirilməyə ehtiyacıvar.

Seçilən
46
az.trend.az

1Mənbələr