AZ

DİN: Əməliyyat tədbirləri ilə 23 kiloqramdan artıq narkotik vasitə götürülüb

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 9 iyul, AZƏRTAC

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 8-də ümumi çəkisi 23,2 kiloqramdan artıq narkotik vasitə və 37 ədəd psixotrop tərkibli həb götürülüb, yabanı halda bitmiş 3 tondan artıq çəkidə 7 min 655 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirlərinin davam etdirildiyi bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
15
azertag.az

10Mənbələr