“Twitter”in qurucusu Cek Dorsi yeni mesajlaşma proqramı üzərində çalışır.
Referans xəbər verir ki, “Whatsapp”dan fərqli olaraq “Bitchat” adlı proqramın ən mühüm tərəfi onun internet bağlantısı olmadan da işləyə bilməsidir.
“Bluetooth” texnologiyasından istifadə edən proqram təxminən 300 metrə qədər mesaj ötürə bilir. Məlumata görə, Dorsinin üzərində işlədiyi proqram istifadəçilərə mobil məlumat və ya Wi-Fi bağlantısı olmadan mesaj göndərməyə imkan verir.
Bildirilir ki, “Bluetooth” sayəsində cihazlar bir-birinə qoşulur və təxminən 300 metrə qədər mesaj ötürülməsini təmin edir. Bildirilir ki, “Bitchat” tətbiqi mesajları şifrələyir. Bu sistem daha əvvəl 2019-cu ildə Honq-Konqda etirazlar zamanı diqqət çəkən və internetsiz işləyən “Bridgefy” tətbiqində istifadə edilib. (metbuat.az)
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta