Hazırlığını Türkiyədə davam etdirən “Araz-Naxçıvan” Ərzurumda ilk yoxlama oyununa çıxacaq.
Msport.az xəbər verir ki, UEFA Konfrans Liqasına qardaş ölkədə hazırlaşan Elmar Baxşıyevin komandası yerli “Bayburtspor”la qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
“Qırmızı-ağlar” iyulun 11-də “Alanyaspor”la, iyulun 17-də isə “Trabzonspor”la qarşılaşacaq.