AZ

HƏMAS təslim olmağa məcbur ediləcək və dağıdılacaq

Operativ MM saytından verilən məlumata görə, ain.az xəbər verir.

İsrailin Baş naziri Benyamin Netanyahu girov mübadiləsi və atəşkəs razılaşmasına nail olunması üçün aparılan danışıqlara baxmayaraq, Qəzza Zolağındakı hücumları davam etdirməkdə israrlı olduqlarını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

O, "X" hesabında verdiyi açıqlamada Qəzza Zolağının şimalında baş verən toqquşmada 5 İsrail əsgərinin öldüyünü bildirərək, İsrail xalqı üçün çətin bir gün olduğunu qeyd edib.

Baş nazir Netanyahu Qəzzada davam etdirdikləri hücumların hədəflərinə çatmaqda qətiyyətli olduqlarını qeyd edib.

Netanyahu müharibənin məqsədlərinin bütün girovların azad olunmasını təmin etmək, HƏMAS-ın hərbi və inzibati qabiliyyətini aradan qaldırmaq və Qəzzanın artıq İsrail üçün bir təhdid təşkil etməməsini təmin etmək olduğunu bildirib.

Netanyahu sonda bildirib ki, bütün israilli girovlar azad ediləcək, HƏMAS təslim olmağa məcbur ediləcək və dağıdılacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
1
operativmm.az

2Mənbələr