AZ

Naxçıvan diyarı xalçaçılıq məktəbinin tarixi səhifələri...


Culfa nahiyəsinin Xanağa kəndi ərazisində, Əlincə çayı sahilində XV-XVI əsr memarlıq abidəsi - Hürifiliyin Şeyxi, filisof-şair Fəzllulah Nəiminin (1338-1394) qırmızı kərpicdən tikilmiş qəbirüstü məbədinin üfüqi “daş sətirləri” xalça-gəbə yelənlərinin saya naxışları ilə eynidir...

1970-1980-ci illərdə İrəvan şəhərindən mütəmadi olaraq Naxşıvan Muxtar Respublikasının kəndlərinə hay kilsəsinin təlimatı ilə maşın-maşın süni toxunmuş təzə xalçalar gətirən haylar onları nimdaş, köhnəlmiş, amma naxışları bilinən kilim, sumağ, xalça, gəbə...ilə dəyişdirib bölgəmizə qarşı “qeyri-maddi irs soyqırımı” aparmışlar, bu tarixi qəsdlər daha çox Arazboyu nahiyə kəndlərində aparılmışdır. Təbii ki, ibtidai insan-hay sürüsünün hazırda dünyanın məşhur mərkəzlərində “erməni xalçası” kimi nümayiş etdirdiyi xalça toxuculuğu nümunələri, nəinki Naxçıvan diyarından, eləcə də Qərbi Azərbaycan, Qarabağ, Şirvan, Lənkəran, Quba-Qusar...mədəniyyət mərkəzlərindən qarət etdikləri yun-ipək ipli, ilməli-naxışlı...xalça-gəbələr olmuşdur.

Türk-Müsəlman dünyasının milli, etnogenetik tərəkəmə elatının (“Tərəkəmə” oyun havasının etimoloji soykökləri) qeyri-maddi sərvətləri sırasında xalça-gəbə toxuculuğu xüsusi yer tutduğundan bu qədim Azərbaycan torpağının Şahbuz, Culfa, Ordubad və Şərur nahiyələri (həm də Qərbi Azərbaycanın Zəngəzur və Dərələyəz mahalları ilə qonşuluğu səbəbindən) xalçaçılıq mərkəzi kimi tarixən şöhrət qazanmışdır. Şahbuz nahiyəsinin Biçənək, Kolanı, Kükü..., Culfa nahiyəsinin Ləkətağ, Ordubad rayonu, Nüsnüs, Vənənd....kəndlərində toxunan xalça-gəbələr diyarın hər guşəsində bir çox ocaqlarda saxlanılmış, qiymətli irs kimi qorunmuşdur. Cənubi Azərbaycanın Təbriz-Mərənd xalçaçılıq məktəbinin Naxçıvan xalçaçılığına təsiri XVI-XVIII əsrlərdə xüsusilə güclü olmuş və həmin ənənələr XIX-XX əsrlərdə də intişar/inkişaf etmişdir.

Haşiyə. Türk-Müsəlman dünyasının, xüsusilə Təbriz-Naxçıvan miniatür təsviri-incəsənət ocağı irsinə uyğun “erməni xalçaçılı”nın yaradılmasında “Megeryan ailəsi” xüsusi rol oynamışdır dinsiz hay kilsəsi qarşısında. Bütöv Azərərbaycanın müxtəluf guşələrində (o cümlədən, Naxçıvan, Cənubi Azərbaycan, Sultanabad ünvanlı) qarət etdikləri, oğurladıqları, xislətlərinə uyğun hiyləgərliklə ələ keçirdikləri milli-mədəni gələnəkli xsalça-gəbə çeşniləri əsasında XIX əsrin sonlarında ABŞ-da məskunlaşan bu ailə 1917-ci ildə Nyu-York şəhərində xalça mərkəzi yaratmışlar, xalça ticarəti və muzey nümayişi fəaliyyəti (XV-XIX əsrlər tarixli və ələ keçirdikləri xalça-gəbələrlə) ilə, köhnə xalça çeşnilərini yeniləşdirməklə məşhurlaşmışdır. Hazırda İtaliya və Fransada, eləcə də, Nyu-York (Bruklin), Sürix, Berlin, İrəvan şəhərlərindəki ən böyük xalça toxuculuğu və satışı şəbəkəsi onlara aiddir. Sonuncu şəhərdə 2014-cü ildə toxuculuq mərkəzi nəzdində Xalça Muzeyi açılmış və XVII əsrə aid Azərbaycan (əsasən Təbriz-Naxçıvan) xalıları “erməni” qeyri-maddi irs nümunələri kimi təqdim edilmişdir.

Naxçıvan diyarı, Şahbuz nahiyəsinin Kükü kənd sakini Qızyetər Qaybalı qızı Bədəlovanın (1943-2023) toxuduğu xalça çeşniləri ətraf kəndlərdə geniş yayılmışdır, zərif ilməli, simmetrik naxışlı və estetik təsvirli bu xalçalar daha çox cehiz və qiymətli hədiyyələr kimi istifadə olunmuşdur.

Dünyanın ayrı-ayrı iri şəhərlərində (Moskva, Sankt-Peterburq, Venetsiya, Berlin, Helsinki...) hay icmasının təminatı ilə yaradılmış ticarət şəbəkələrində və muzey-təsviri sərgi mərkəzlərində “Naxçıvan” adlı xalçalarını təqdim etmişlər. Həmin xalça çeşniləri əslində Azərbaycan xalçaçılıq məktəbinin milli-mistik dünyadərki təxəyyülünün estetik təsəvvürü naxışları ilə ilmələnmişdir. Bu baxımdan hay sürüsü tərəfindən oğurlanmış “Naxçıvan” çeşnisi xüsusi maraq doğurur.

Xristianlığaqədərki və Alban mədniyyəti mərhələsində dini-mistik inam, dünyadərki və fəlsəfi yozum ifadəsi ilk dövrlərdə qayaüstü rəsmlərdə, məzarüstü daş öptüyün naxışlarında...ilmələnməklə, yonulmaqla həm də milli-mənəvi dəyər qazanmış, maddi-tarixi irsə çevrilmişdir. Əski Türk yurdunun ilk ocağında-Ər Hun/Orxon-Yeni Su/Yenisey yazı abidələrində də bu naxışların eynisi görünür. Deməli, İlandağ-Gəmiqaya-Qazandağ-Qobustan....qayaüstü rəsmlərindən Bəygöl/Baykal daş abidələrinədək...uzanan miniatür rəsm-təsviri incəsənət növünün mənşəyi eyni milli dünyadərki təsəvvürlərindən qaynaqlanır ki, onun bir ifadəsi də “Naxçıvan” xalça çeşnisinə hopmuş, rəngli təsvirə çevrilmişdir.

Yer kürəsinin bütöv quru hissəsini (Avrasiya materikini) tutan Türk dünyasının e.ə. minilliklərində yaranmış Təkamül/Təbəddülat mərhələlərinə uyğun formalaşmış Şərq memarlığı-heykəltaraşlığımım kallioqrafik və petroqrafik naxışları, fəlsəfi-mistik təfəkkürlü miniatür rəsmləri, oyma ilmələri, həndəsi-simmetrik quruluş, daş lövhə və sütun oymaları... ilk növbədə Naxçıvan şəhərində XVII əsrə aid Xan sarayında, XVI-XVIII əsrlər yalı İmamazadə dini-sakral kompleksində, XII əsrdə inşa edilmiş Möminə Xatun məqbərəsində, Culfa nahiyəsində daş naxışlı abidələrdə, XIII əsr yadigarı Gülüstan türbəsində...”ilmələnmiş”, sonrakı mərhələdə Naxçıvan diyarı ünvanlı xovlu-xovsuz toxuculuq nümunələrində (palaz, sumağ, xalça, gəbə, heybə, xurcun, camahodan, hətta, naxışlı yun corablarda da...) naxışlanmış, qiymətli sənət/incəsənət növü kimi dəyərləndirilmişdir.

Bu sənət incilərinin naxışları öz ifadə tarixini e.ə.I minillikdə Batabat yayalağı, Biçənək aşırımı yaxınlığında (2468 m), Şahbuz nahiyəsinin Biçənək kəndində “Fərhad evi” arxeoloji ocağındakı daş-qaya parçaları üzərindəki ilmələrin bu ocaqlarda toxunan xalça naxışlarının həndəsi təsvirlərə uyğunluğu göz oxşayır. Deməli, “Naxçıvan” xalça-gəbə, digər xovsuz toxumaların ərişləri arasındakı ilmələrin “naxış dili” hələ e.ə.”açılmış”, Türk xalqlarının milli-estetik dünyagörüşünün təcəssümüdür. Bölgədə ənənəvi milli kökənliyə uyğun olaraq inkişaf edən xalça toxuculuğunun mükəmməlliyi özündə çeşnillərdəki “göllərin simmetrikliyi”ni, “qaynaqların miniatürlüyü”nü, “rənglərin parlaqlılğı”nı (Biçənək aşırımı və Batabat gölü hövzəsinin alp çəmənliklərinin gülü-çiçəyi, otu-bitkisindən...alınan), “rəng-naxış estetikliyinin harmoniyası”nı, toxucu əllərinin zərifliyini...əks etdirməkdədir, bu nadir qeyri-maddi irs nümunələrinin dünyanı “gəzib-dolaşması”nın sirri də bundadır...

Türk-Müsəlman dünyasının qeyri-maddi mədəniyyəti kimi xalçaçılıq sənətinə və irsinə qarşı Qərbi Azərbaycan bölgələrində hay kilsəsinin qəsbkarlığı barədə növbəti yazılarda...

Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi

P.S.Yazının hazırlanmasında həm də Naxçıvan MR-nın Culfa nahiyəsi, Bənənyar kənd sakini, Naxçıvan Dövlət Universitetinin professoru Varis Muxtar oğlu Quliyevin (1952) məlumatlarından istifadə olunmuş, tarixçi-tədqiqatçı G.Q.Qurbanovanın “Naxçıvan xalçaları mədəniyyət abidəsi kimi” məqaləsinə (2024) və prifesor V.A.Muradovun “Naxçıvan xalçaçıları” kitabına (2013) istinad edilmişdir.

Seçilən
23
baki-xeber.com

1Mənbələr