BAKI, 9 iyul. TELEQRAF
CNN telekanalı ABŞ Prezidenti Donald Trampın 2024-cü ilə aidoyazısını yayımlayıb.
Teleqraf xəbər verir ki, səsyazısı D.Trampın seçki kampaniyasının donorları ilə görüşü zamanı qeydə alınıb.
Sözgedən səsyazısını Rusiya saytları da tirajlayıb.
O zamankı prezidentliyə namizəd D.Tramp Rusiya Prezidenti Vladimir Putinlə söhbətindən danışır və Moskva ilə Pekini bombalamaqla hədələdiyini söyləyir: "Mən Putinə dedim: "Əgər Ukraynaya daxil olsan, Moskvanının altını üstünə çevirəcəyəm. Sənə deyirəm, mənə başqa seçim qoymursan". O, cavabında: "sənə inanmıram, heç vaxt ola bilməz", - dedi. Mən də söylədim: “Özü də necə olar”. Dedi: “Sənə inanmıram”. Amma həqiqət budur ki, o mənə inanırdı... yaxşı, 10 faiz inanırdı. Axı sizə dedim ki, o mənim sözlərimə 10 faiz inandı".