
Rusiyanın hərbi bölmələri Xarkov vilayətinin Volçansk şəhərinin cənub-qərb hissəsindəki bir neçə küçədə irəliləyərək Ukrayna Silahlı Qüvvələrini oradan çıxarmağa nail olub.
Reyting.az TASS-a istinadla xəbər verir ki, bunu hərbi ekspert Andrey Maroçko deyib.
Onun sözlərinə görə, döyüşlər zamanı Rusiya Silahlı Qüvvələri Volçanskın cənub-qərbində üstünlük qazanıb.
Hərbi ekspert əlavə edib ki, Rusiya hərbçiləri Volçansk şəhərinin Qaqarin küçəsi boyunca yerləşən mövqelərdən ukraynalıları çıxarıb və Jeleznodorojnaya küçəsində də irəliləyiş var.
ELÇİN