BAKI, 9 iyul. TELEQRAF
ABŞ-də təşkil olunan klublararası dünya çempionatının ikinci finalçısı bu gecə müəyyənləşəcək.
Teleqraf xəbər verir ki, yarımfinal mərhələsinin ikinci oyun günündə Fransanın PSJ və İspaniyanın “Real Madrid” klubları üz-üzə gələcək.
İst Raterford şəhərindəki “MetLayf” stadionionunda keçiriləcək qarşılaşmanı polşalı baş hakim Şimon Marçinyak idarə edəcək.
Klublararası dünya çempionatı, 1/2 final
9 iyul
23:00. PSJ (Fransa) – “Real Madrid” (İspaniya)
Qeyd edək ki, bu oyunun qalibi finalda İngiltərənin "Çelsi" komandası ilə qarşılaşacaq.