İsrail ordusunun son sutkada Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 95 fələstinli həlak olub.
Operativ Media xəbər verir ki, bu haqda Qətərin "Əl-Cəzirə" telekanalı məlumat yayıb.
Məlumata əsasən, İsrail Qəzza zolağında, o cümlədən məcburi köçkün fələstinlilərin yerləşdiyi çadırlara zərbələr endirməyə davam edib və nəticədə azı 95 nəfər həyatını itirib.