AZ

Niyə hər zaman kabuslar görürük?

Kabuslar xoş bir təcrübə deyil. Xüsusilə onlar müntəzəm olaraq baş verərsə.

Publka.az xəbər verir ki, "M-Clinic"in psixoterapevti Yuliya Romanenko “Gazeta.Ru”ya kabusların niyə baş verə biləcəyini və onlardan necə qurtulacağımızı söyləyib.

Həkimin fikrincə, yuxu həmişə şüursuzluğunuz haqqında yeni bir şey öyrənmək üçün bir fürsətdir. Çox vaxt kabuslar sadəcə xoşagəlməz yuxular deyil, sizi soyuq tərlə, sürətli ürək döyüntüsü və narahatlıq hissi ilə oyandıran parlaq, qorxulu təcrübələrdir.

"Əgər siz daima kabuslar görürsünüzsə, bu, psixikanızda xroniki narahatlığa səbəb olan nəyinsə olduğuna işarədir. Və əslində bunun nəticələri ola bilər: səbəb şüurdan kənardır, yəni hər an nəinki yuxuda, hətta gün ərzində də özünü göstərməyə başlaya bilər, məsələn, səbəbsiz panik ataklar", - psixoterapevt deyib.

Seçilən
7
50
publika.az

10Mənbələr