Bakı. Trend:
"Benfika"nın müdafiəçisi Alvaro Karerras "Real"a keçməyəyaxındır.
Trend xəbər verir ki, bubarədə məşhur insayder Fabritsio Romano məlumat yayıb. Mənbəninbildirdiyinə görə, Madrid klubu 22 yaşlı ispaniyalı futbolçununtransferi ilə bağlı demək olar ki, tam razılığa gəlib. Müqaviləklublararası dünya çempionatı başa çatdıqdan sonra rəsmiləşdiriləbilər. Karerras hələ iyun ayında "Real"la şəxsi müqavilə şərtləriüzrə razılıq əldə edib.
Müdafiəçi 2024/25 mövsümündə "Benfika"nın heyətində 50 matçkeçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.
Onun "Benfika" ilə müqaviləsi 30 iyun 2029-cu il tarixinədəkqüvvədədir. "Transfermarkt" məlumatına görə, Karerrasın bazardəyəri 35 milyon avro təşkil edir.