ABŞ-da ilk dəfə yeni formatda keçirilən klublararası dünya çempionatında ilk finalçı müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, İngiltərənin "Çelsi" komandası Braziliya təmsilçisi "Fluminense"ni üstələyib - 2:0.

Hər iki qolu londonluların yeni transferi Joao Pedro vurub.

"Çelsi"nin finaldakı rəqibi bu gün keçiriləcək PSJ - "Real Madrid" oyunundan sonra bilinəcək.