AZ

Qarabağ suvarma kanalında tapılan meyit aidiyyəti üzrə təhvil verilib YENİLƏNİB

Bərdə, 9 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC

Qarabağ suvarma kanalının Bərdə rayonunun Həsənqaya kəndi ərazisindən keçən hissəsində aşkar edilən kişi meyiti Fövqəladə Hallar Nazirliyinin Aran dalğıc axtarış qrupu tərəfindən sudan çıxarılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, meyit aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

21:11

Qarabağ suvarma kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində kişi meyiti aşkarlanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, meyitin çıxarılması üçün əraziyə hüquq-mühafizə orqanlarının və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib. Hazırda meyitin kanaldan çıxarılması üçün tədbirlər görülür.

Seçilən
12
2
azertag.az

3Mənbələr