AZ

Dövlət Departamenti: ABŞ Ukraynaya dəstəyini davam etdirmək niyyətindədir

Bakı, 9 iyul, AZƏRTAC

ABŞ heç vaxt Ukraynanı dəstəkləməkdən imtina etməyib və bundan sonra da dəstəkləmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Tammi Bryus brifinqdə bildirib.

Amerika administrasiyasının Kiyevə silah satışını davam etdirmək planlarını şərh edən Bryus deyib ki, son fasilə ABŞ hökumətinin “yeni yanaşma və ya mövqe”yi kimi qəbul edilməməlidir. “Biz Ukraynanın ən böyük dəstəkçisi olmuşuq və qalırıq”, - deyə Dövlət Departamentinin sözçüsü qeyd edib.

Seçilən
41
4
azertag.az

5Mənbələr