AZ

16 yaşlı qazaxıstanlı futbolçu ÇL-də qol vurdu

BAKI, 9 iyul. TELEQRAF

“Kayrat”ın 16 yaşlı hücumçusu Dastan Satpayev Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində Sloveniya “Olimpiya”sı ilə səfər oyununda qol vurub.

Teleqraf xəbər verir ki, futbolçu nüfuzlu turnirdə debüt matçında fəqlənib. O, görüşün 59-cu dəqiqəsində hesabı açıb. Qarşılaşma isə 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, fevralda Almatı klubu 16 yaşlı futbolçunun İngiltərənin “Çelsi” klubuna keçdiyini rəsmən açıqlamışdı. Forvard 2026-cı ilin yayında yetkinlik yaşına çatdıqda İngiltərə komandasına gedəcək. Həmin vaxta qədər Satpayev Qazaxıstan klubunda çıxışını davam etdirəcək.

Seçilən
40
teleqraf.com

1Mənbələr