AZ

Bu əşyaları avtomobildə saxlamaq təhlükəlidir

Yay aylarında temperaturun artması ilə avtomobillərin salonunda saxlanılan bəzi əşyalar təhlükə mənbəyinə çevrilə bilər.Metbuat.az-ın məlumatına görə, xüsusilə deodorant, ətir, batareya, "powerbank", spirtli dezinfeksiyaedici məhlullar günəş altında qalan avtomobillərdə partlayış və ya yanğın riski yarada bilər. Eyni zamanda, mobil telefonların avtomobilin paneli üzərində uzun müddət qalması cihazın batareyasına zərər verə bilər. Hətta bəzi hallarda telefonun ekranı zədələnə və ya cihaz öz-özünə sönə bilər.Həkimlərin sözlərinə görə, isti havada avtomobildə plastik qabda su saxlamaq belə düzgün deyil. Çünki günəş şüaları plastikdəki kimyəvi maddələrin suya keçməsinə səbəb ola bilər.Tövsiyyə olunur ki, mümkün qədər avtomobil salonunda yanıcı və tezalışan əşyalar saxlanılmasın. Bununla yanaşı, kölgəlik ərazilərdə park etmək və günəş şüşəsi qoruyucularından istifadə etmək olar.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
1
8
metbuat.az

10Mənbələr