AZ

İtaliyadan İsrailə etiraz

Metbuat portalından verilən məlumata əsasən, ain.az bildirir.

İtaliya İordan çayının qərb sahilinin İsrail dövlətinə birləşdirilməsinə səbəb ola biləcək heç bir variantı dəstəkləmir.

Metbuat.az xəbər verir ki, İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani belə açıqlama verib. O, parlamentin yuxarı palatası olan Senatdakı çıxışında İsrailin siyasətini qınayıb. İtaliyanın Qəzzanın yenidən qurulması və Fələstin dövlətinin qurulmasından başqa heç bir təklifi qəbul etmədiyini bildirən Tajani, İordan çayının qərb sahilinin İsrail dövlətinə birləşdirilməsi planını dəstəkləmədiklərini bəyan edib. Tajani İtaliyanın İsrailə bütün silah ixracının dayandırdığını təkrarlayıb.

Qeyd edək ki, Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Küveyt və Qətər İsrail hakimiyyətinin işğal altındakı İordan çayının qərb sahilini ilhaq etmək çağırışlarını qınayıb və Təl-Əviv administrasiyasından Fələstin xalqına qarşı pozuntularını dayandırmasını tələb edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
metbuat.az

2Mənbələr