Ermənistan Qazaxıstana hərbi attaşe təyin edib.
Operativ Media xəbər verir ki, bununla bağlı Ermənistanın baş naziri Nikol Paşinyan qərar imzalayıb.
“Diplomatik xidmət haqqında” Ermənistan Respublikası Qanununun 10-cu maddəsinin 9-cu hissəsini əsas götürərək, 2025-ci il avqustun 1-dən Arayik Noroyan 3 il müddətinə (Astanada iqamətgah) Ermənistan Respublikasının hərbi attaşesi təyin edilsin”, - qərarda deyilir.