AZ

Netanyahu və Trampın daha bir görüşü olacaq

BAKI, 8 iyul. TELEQRAF

İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi onun ABŞ Prezidenti Donald Trampla bu gün daha bir görüş keçirəcəyini təsdiqləyib.

Teleqraf xəbər verir ki, İsrail lideri hazırda Vaşinqtonda səfərdədir.

Ofisdən verilən məlumata görə, iki lider arasında görüş yerli vaxtla 16:30-da (Bakı vaxtı ilə saat 00:30) Ağ Evdə baş tutacaq.

Yada salaq ki, Netanyahu iyulun 7-də Vaşinqtona gəlib. Həmin axşam İsrail liderinin Trampla ilk görüşü olub.

Seçilən
17
50
teleqraf.com

10Mənbələr