"Qanun layihəsində təsbit olunan və hər ay elektrik enerjisi haqqını ödəyən istehlakçılar üçün tarif yükünün az da olsa azalmasına iqtisadi zəmin yaradacaq. Sabit tarifin maliyyə tutumu məsələsinə gəldikdə isə, aparılmış hesablamalara əsasən, əvvəlki tarif dövrlərinə dair indikativ təhlillər göstərir ki, bu məqsədlə nəzərdə tutulan faktiki xərclərin həcmi ümumi xərclərin 2 faizindən aşağıdır. Bu isə sabit tarifin əhalinin hər bir abonenti üçün aylıq 1 manatdan artıq olmayacağı anlamına gəlir. Bu vacib məqamı da qeyd etmək istərdik ki, sabit tarif çərçivəsində ödənilən xərclər hal-hazırda aktiv istehlakçılar tərəfindən mövcud tarif daxilində artıq ödənilir və bu yanaşma əhali istehlakçıları üçün əlavə maliyyə yükü yaratmayacaq".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta