AZ

Binəqədidə yük maşınlarının sakinlərə yaratdığı TƏHLÜKƏLİ VƏZİYYƏTVİDEO

Hər dəqiqə müxtəlif tonlajlı yük maşını keçir. Üstəgəl yolun ensizliyi və ətrafda çox sayda evin olması burda təhlükəni daha da artırır.

Xezerxeber.az xəbər verir ki, bura paytaxtın Binəqədi rayonu Xırman küçəsidir. Dəyirman yolu kimi tanınan ərazidə ağır tonnajlı yük maşınlarının intensiv və sürətli hərəkəti sakinləri bezdirib.

Sakinlər deyirlər ki, bu küçə gündəlik olaraq iri tonnajlı yük maşınlarının əsas marşrutuna çevrilib. Hərəkət intensivliyi o qədər artıb ki, yük maşınlarının hətta sıxlığı da yaranır. Sakinlər iddia edirlər ki, vəziyyət elə həddə çatıb ki, evlərinə də zərər dəyib.

Sakinlərin tələb edirlər ki, ərazidə ya sürət radarı, və yaxud da yük avtomobillərinə tonnaj qadağası qoyulsun. Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən ''Xəzər Xəbər''ə bildirdilər ki, həmin ərazidə yükdaşıma qaydalarını pozan sürücülərə qarşı mütəmadi reydlər keçirilir və onlar qanunauyğun şəkildə cərimə edilirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
20
1
xezerxeber.az

2Mənbələr