Gəncə sakini özünə xəsarət yetirib.
Bakues.az-ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib.
Şəhər sakini 1989-cu il təvəllüdlü R.Hüseynov bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstə əməliyyat edilib.
Onun hansı səbəbdən özünə bıçaqla xəsarət yetirməsi məlum deyil.
Fakt araşdırılır.