AZ

Mareska “Fluminense” ilə oyundan gözləntisini açıqladı

“Çelsi”nin baş məşqçisi Entso Mareska 2025-ci il FIFA Klub Dünya Kubokunun “Fluminense” ilə yarımfinal oyunundan gözləntisini açıqlayıb.

Arena.az ESPN şəbəkəsinə istinadən, 45 yaşlı italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Braziliyalı oyunçuların keyfiyyəti təəssürat doğurur, güman ki, onlar hamıdan yaxşıdırlar. Biz bu yarışda Braziliyadan olan iki komanda ilə artıq iki oyun oynamışıq. Mən isə iki xüsusu anladım. Bu, ustalıq və fəallıqdır ki, bir sıra səbəbdən onlarda var, bizdə isə yoxdur.

Rəqib çox ustadır, müdafiədəki oyunu yaxşıdır. Bu, çox keyfiyyətli komandadır. Qarşıda heç də asan olmayacaq oyun var”, deyə Mareska qayğı ilə vurğulayb.

Xatırladaq ki, “Fluminense” – “Çelsi” oyunu bu gün, iyulun 8-də keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Seçilən
10
arena.az

1Mənbələr