AZ

30 illik araşdırmanın YEKUNU: Bu qidalar ölümə aparır

ABŞ-ın Milli Onkologiya İnstitutunun alimləri belə qənaətə gəliblər ki, “fastfood” ömrü qısaldır.

Bizim.Media xəbər verir ki, alimlər bununla bağlı 30 il ərzində aparılmış genişmiqyaslı tədqiqatın nəticələrini təqdim ediblər.
 

Tədqiqat 540 mindən çox amerikalının məlumatlarını əhatə edib. Araşdırma göstərib ki, ultrayüksək dərəcədə emal olunmuş qidaların (şirin qazlı içkilər, hot-doqlar, kolbasalar və digər yarımfabrikatlar) tez-tez qəbulu erkən ölüm riskini 10% artırır.


Alimlər 1990-cı illərdə toplanmış, yaşı 50–71 olan şəxslərin məlumatlarını təhlil ediblər. Maraq doğuran məqam odur ki, bu əlaqə siqaret çəkmə, piylənmə və ümumi qidalanma keyfiyyəti kimi amillər nəzərə alınsa belə, dəyişməz qalıb.

Ən təhlükəli məhsullar isə şirin içkilər və emal olunmuş ət məhsulları (məsələn, kolbasa, sosiska və s.) olub. Məhz bu qidalarla ölüm riski daha çox əlaqələndirilir.

Qeyd olunur ki, bu nəticələr birbaşa səbəb-nəticə əlaqəsini sübut etmir, lakin dietoloqların uzun illərdir verdiyi tövsiyələri bir daha təsdiqləyir.

Odur ki, qazlı içkilərdən və hazır meyvə şirələrindən az istifadə etmək, kolbasa və digər emal olunmuş ət məhsullarını minimuma endirmək, əvəzində isə təzə və az emal olunmuş məhsulları daha çox yemək tövsiyə olunur.

Bizim.Media

Seçilən
8
38
bizim.media

10Mənbələr