AZ

Ana doğuş zamanı ölüb

Sabirabadda ana doğuş zamanı ölüb.

İmişli rayonunun Yalavac kənd sakini, 1992-ci il təvəllüdlü Kərimova Şəbnəm Vaqif qızı Sabirabad doğum evində doğuş zamanı ölüb.

Yeni doğulan uşaq isə sağ qalıb.

1992-ci il təvəllüdlü hamilə qadın 07.07.2025-ci il tarixində saat 18:00 radələrində İmişli Rayon Mərkəzi Xəstəxanasından Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzə təxliyə olunub.

Aznews.az xəbər verir ki, hamiləliyin patologiyası şöbəsinə yerləşdirilən pasiyentə 39-40 həftə hamiləlik, baş gəlişi diaqnozları təyin edilib və zəruri tibbi xidmətlər göstərilib.

Seçilən
38
19
aznews.az

10Mənbələr