AZ

Sağ qalmaq istəyirsinizsə, şəhəri təcili tərk edin - Moskvalılara xəbərdarlıq edildi

  Moskva sakinləri istilərin yaxınlaşdığı vaxtda şəhəri tərk etməlidirlər.

Referans Publika.az-a istinadən xəbər verir ki, bu məsləhəti moskvalılarla Rusiyanın Hidrometeorologiya Mərkəzinin baş elmi direktoru Roman Vilfand verib.

“Önümüzdəki həftə paytaxt Avropanın cənubundan və Şimali Afrikadan, daha sonra yay temperaturunun ən yüksək olduğu Türkiyə, Səudiyyə Ərəbistanı və digər Yaxın Şərq ölkələrindən isti hava kütlələri alacaq. Qeyd olunur ki, anomal hava şəraiti gecə saatlarına da təsir edəcək - artıq çərşənbə axşamı, iyulun 8-nə keçən gecə Moskvanın yaşayış massivlərində havanın temperaturu 19 dərəcəyə, mərkəzdə isə 23 dərəcəyədək yüksələcək. Oxşar temperatur həftə ərzində gözlənilməlidir.

Yağıntı yalnız iyulun 9-dan çərşənbə axşamına keçən gecə yağacaq. Digər günlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var, lakin sərinlik gətirməyəcək, - məlumatda deyilir.

Sinoptik havanı təhlükəli adlandırıb və Moskva vilayətindəki anomaliyadan sağ çıxmağa çağırıb. O xatırladıb ki, “narıncı” təhlükə səviyyəsi həftə ərzində uşaqlar, yaşlılar, artıq çəkili ruslar, xərçəng diaqnozu olan xəstələr və ürək-damar xəstəliklərindən əziyyət çəkənlər üçün risklidir. Sinoptik istilər zamanı çoxlu təmiz su içməyə, uzun müddət günəş altında qalmamağa və fiziki fəaliyyətdən çəkinməyə çağırıb.  

Seçilən
14
4
referans.az

10Mənbələr