AZ

Saşa İliç haqda şok faktlar heç bir klubda bir ildən artıq qala bilməyib!

Footbal-plus portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Sumqayıt”ın baş məşqçi postunu kimin tutacağı ilə bağlı uzun müddət davam edən intizara dünən səhər son qoyuldu. “Gənclik şəhəri”nin komandası serbiyalı mütəxəssis Saşa İliçə tapşırıldı.

“Sumqayıt” xəbəri ictimaiyyətə belə açıqlayıb: “Sumqayıt" FK baş məşqçi Saşa İliçlə müqavilə imzalayıb. Bu gün “Sumqayıt” Futbol Klubunun Müşahidə Şurasının iclası keçirilib. “Azərikimya” İB-nin inzibati binasında baş tutan iclasda əsas komandamızın yeni baş məşqçisi Saşa İliç şura üzvlərinə təqdim olunub. UEFA PRO kateqoriyasına sahib 47 yaşlı serbiyalı mütəxəssis və onun köməkçiləri ilə 1 illik müqavilə imzalanıb. İclasda Müşahidə Şurasının sədri Elnur Məmmədli çıxış edərək yeni baş məşqçiyə uğurlar arzulayıb və üzvlərə klubun yeni mövsümdəki planları barədə məlumat verib. O bildirib ki, "Sumqayıt" Futbol Klubu olaraq daim Sumqayıt şəhərinin və şəhər sakinlərinin dəstəyini hiss edirlər. Hər zaman komandanın yanında olan azarkeşləri sevindirmək üçün klub rəhbərliyi olaraq əllərindən gələni edəcəklər. Daha sonra prezident Riad Rəfiyev komandanın növbəti mövsüm üçün hazırlıq planı və təlim-məşq toplanışı barədə çıxış edib. Yeni baş məşqçimiz Saşa İliç ona etimad göstərib buraya dəvət etdikləri üçün klub rəhbərliyinə təşəkkürünü bildirib. Mütəxəssis “Sumqayıt” Futbol Klubunun Sumqayıt şəhərinin adına layiq çıxış etməsi üçün əlindən gələni edəcəyini və uğurlu mövsüm keçirməyə çalışacaqlarını vurğulayıb. Saşa İliç daha sonra ev oyunlarımızı keçirdiyimiz Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu və “SOCAR Polymer” təlim-məşq bazası ilə tanış olub”.

Bəs Saşa İliç kimdi, “Sumqayıt”a nə dərəcədə xeyir verə bilər? Baş məşqçi kimi ilk iş yeri ölkəsinin “Çukariçki” klubu olub. İliç 2021/22 mövsümünün əvvəlində baş məşqçi postuna gətirilib, apreldə qovulub. Növbəti mövsümün əvvəlində - 2022-nin iyununda Sofiya ÇSKA-sının “sükanı arxasına” keçən mütəxəssisin ən uzunmüddətli iş yeri elə bura olub. 2023-ün iyulunda Bolqarıstan klubundan da ayrılıb. Amma işsiz günləri o qədər də uzun sürməyib. 2023-ün oktyabrından Yunanıstanın “Atromitos” klubunu çalışdırmağa başlayıb. “Atromitos” mövsümü 8-ci yerdə bitirib və İliç ötən ilin mayında Yunanıstandan ayrılıb. Amma cəmi iki gün sonra Rusiyada görünüb. Ötən il mayın 4-də Nijni-Novqorod təmsilçisi “Pari”ni çalışdırmağa başlayıb. Bu komanda mövsümün sonunda 13-cü yeri tutub, pley-offda isə “Soçi”yə uduzmaqla elitada yerini itirib. Ancaq soydaşımızın sahibi olduğu “Ximki” elitadan qovulduğundan “Pari” burda qalıb.İliçin sevimli taktikası 4-3-3-dü. Açığı, CV-sinə, indiki karyerasına baxanda onu Aleksey Baqaya oxşatdım. Təki yanılım. Yeni baş məşqçinin “böyük şəhərin tək komandası” ilə nələri bacaracağını zaman göstərəcək.MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
1
icma.az

2Mənbələr