Emmanuel Makronun həyat yoldaşı Bricit Makron həyat yoldaşını bu dəfə Böyük Britaniyada pərt edib.
Publika.az xəbər verir ki, bütün bunlar şahzadə Uilyam, Keyt Middlton və jurnalistlərin gözü qarşısında baş verib.
Yayılan görüntülərdə Fransanın birinci xanımının Makronun uzadılmış əlini qəbul etmədiyi və məhəccərlərdən tutaraq pilləkənlərlə aşağı enməyə başladığı əks olunub. Pərt olan Fransa lideri əlini aşağı salaraq üzünü Şahzadə Uilyam və Şahzadə Keyt Middltona doğru çevirib.
Xatırladaq ki, may ayında Vyetnama çatan Fransa Prezidenti rampadan enməzdən əvvəl həyat yoldaşı tərəfindən sillələnib. Bundan sonra Bricit də ərinin əlini tutmaqdan imtina edib.