AZ

Qrup hərəkətləri komandamız Universiadada çıxış edəcək

Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Almaniyanın Reyn-Rur bölgəsində keçiriləcək Ümumdünya Universiadasında iştirak edəcək.

İdman.biz xəbər verir ki, multiforumda Ləman Əlimuradova, Daria Sorokina, Yelizaveta Luzan, Güllü Ağalarzadə, Kamilla Əliyeva və Sofiya Məmmədovadan ibarət qrup çıxış edəcək.

İyulun 16-27-də keçiriləcək Universiadada beş qrup - Azərbaycan, Ukrayna, Cənubi Koreya, Tayvan və Yaponiya komandaları çıxış edəcək.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
icma.az

2Mənbələr